Ru
14:49 / 24 Yanvar 2026

Nazirliyin Aparat rəhbəri işdən çıxarılıb?

Nazirliyin Aparat rəhbəri işdən çıxarılıb?
Eye

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin işdən çıxarıldığı iddia olunur.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat təkzib olunub.

“Belə bir əmr yoxdur”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar