Ru
09:36 / 20 Mart 2026

Naxçıvan məscidlərində bayram namazı qılındı

Naxçıvan məscidlərində bayram namazı qılındı
Eye

Martın 20-də səhər saat 09:00-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.

Bakupost.az xəbər verir ki, bayram namazı Naxçıvan şəhərinin Heydər Məscidi, Sarvanlar, Pirqəmiş, Kazım Qarabəkir Paşa və Came məscidlərində qılınıb. Muxtar respublikanın yüzlərlə sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar