Ru
09:57 / 20 Mart 2026

Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdəki vəziyyətlə bağlı çağırış etdi

Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdəki vəziyyətlə bağlı çağırış etdi
Eye

Regiondakı məsələlərlə bağlı çağırış edirəm ki, raketləri yerə qoyub, qələmlərlə, diplomat dili ilə danışılsın.

Bakupost.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tərəflər bir-birləri ilə danışıb razılaşsınlar.

"Bu prosesdə xalq əziyyət çəkir. Gec-tez razılığa gələcəklər. Amma o arada çox insanın qanı töküləcək. Nə qədər tez danışığa gəlsələr, o qədər yaxşı olar. Ona görə, çağırışım odur ki, tezliklə razılığa gəlsinlər".

O həmçinin torpaqlarımızın azadlığı naminə canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib:

"Allah bir daha xalqımıza müharibə göstərməsin".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar