Ru
17:40 / 15 Yanvar 2026

Naxçıvanda daha bir məmur işdən çıxarıldı

Naxçıvanda daha bir məmur işdən çıxarıldı
Eye

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.


Bakupost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Əbülfəz oğlu Sadıxov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla Nihad Xalid oğlu Qurbanov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin İdarə Heyətinin sədr müavini təyin edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar