Ötən gün Ağ Evdə Qrenlandiyanın taleyi barədə keçirilən gərgin danışıqlardan sonra Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenin nümayiş etdirdiyi qeyri-adi davranışlar müzakirələrə səbəb olub.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Danimarkanın TV2 kanalının yaydığı görüntülərdə nazir Rasmussenin Ağ Evdəki görüşdən hiddətlə çıxaraq dərhal siqaret yandırdığı və olduqca gərgin göründüyü əks olunub.
Kadrlarda nazirin həmkarı, Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtə də alışqan təklif etdiyi müşahidə edilir.
Xatırladaq ki, yanvarın 14-də Vaşinqtonda baş tutan görüşdən sonra açıqlama verən Rasmussen ABŞ tərəfinin Qrenlandiyanı ələ keçirmək planları ilə bağlı mövqeyini dəyişdirə bilmədiklərini etiraf etmişdi.