Ru
16:15 / 13 May 2026

“ChatGPT” cinayətə görə məsuliyyət daşıya bilər?

“ChatGPT” cinayətə görə məsuliyyət daşıya bilər?
Eye

ABŞ-də Florida Dövlət Universitetində baş verən silahlı hücum hüquqi müzakirələrə səbəb olub.

“Bakupost” xəbər verir ki, 21 yaşlı tələbə Poniks İkner iki nəfəri öldürüb, altı nəfəri yaralayıb. Onun oktyabr ayında məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

ABŞ-nin Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, şübhəli hücumu süni intellektin köməyi ilə hazırlayıb. O, hadisədən əvvəl “ChatGPT”dən hücum üçün uyğun silah, daha çox insan öldürmək üsulları, vaxt və məkan barədə məsləhətlər alıb.

İddialar fonunda “OpenAI” şirkəti barədə də araşdırma başlanıb.

Mütəxəssislər bildirir ki, şirkətə ehtiyatsızlıq və təhlükəsizlik öhdəliklərini yerinə yetirməmək kimi ittihamlar irəli sürülə bilər. Hadisə süni intellektin hüquqi məsuliyyəti məsələsini yenidən gündəmə gətirib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar