Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə əyani tədris bərpa edilib.
Bakupost.az xəbər verir ki, eyni zamanda Naxçıvanda bütün ümumtəhsil müəssisələrində ənənəvi tədrisə başlanılıb.
Qeyd edək ki, bu gün - sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya ilə əlaqədar builki tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə 1-4-cü siniflər üçün dərslər sentyabrın 22-də, orta və yuxarı siniflər, həmçinin ali təhsil, orta ixtisas təhsil müəssisələrində sentyabrın 29-da başlayacaq.