Hazırda həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin səhhətində ciddi problem yaranıb.
Bakupost.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, həyat yoldaşının vəziyyəti qəfil pisləşib və təcili tibbi müdaxiləyə ehtiyac var:
“Penitensiar xidmətin rəisi cənab Mirsaleh Seyidova və Ədliyyə Hospitalının rəisi Cəmil Kamilliyə müraciət edirəm. Hazırda Qaradağ rayonu 13 saylı cəzaçəkmə müəssisəsində olan həyat yoldaşım Nazim Bəydəmirlinin səhhəti qəfil pisləşib. Təcili yardım çağırılıb, hospitalizasiya olunmalıdır”.
Qeyd edək ki, keçmiş deputat Nazim Bəydəmirli 2023-cü ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib.
Elnur, BakuPost