Ru
10:51 / 19 Yanvar 2026

Nazir generalın yerinə onu təyin etdi

Nazir generalın yerinə onu təyin etdi
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib.


Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət mayoru Yaqub Daşdəmirli gətirilib.

O, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidməti Dəstəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Yaqub Daşdəmirli bir neçə gün əvvəl təqaüdə göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımovun yerinə gətirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar