Ru
13:29 / 02 Dekabr 2021

"İstilik sisteminin söndürülüb-yandırılması televiziya pultu kimi deyil" - Nazir

1439
"Noyabrın 15-də ölkədə istilik sistemi işə düşəndə 67 məktəbdə istiliklə bağlı problem vardısa, bu rəqəm indi 20-yə qədər endirilib".

Bakupost.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda məktəblərin istiliklə təminatı prosesi davam edir:

"Hər hansı bir məktəbdə qəza ola bilir. Səbəblər müxtəlifdir. Hər zaman Təhsil Nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir".

Nazir bildirib ki, ölkə üzrə 60 faiz məktəb mərkəziləşdirilmiş istilik sistemi ilə təmin edilib:

"Digər məktəblər odun yanacağı və sair vasitələrlə qızdırılır: Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb. Əvvəlki tədris ilində fasilələr olduğundan hər bir dövr istilik sistemində problem yaradırdı. İstilik sisteminin söndürülüb-yandırılması televiziya pultu kimi deyil. Sistem hər dəfə yandırılıb söndürüləndə müəyyən problemlər ortaya çıxır".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər