Ru
17:50 / 14 Yanvar 2021

Nazir şəhid ailələrinə veriləcək mənzillərin gecikmə səbəblərini açıqladı

Nazir şəhid ailələrinə veriləcək mənzillərin gecikmə səbəblərini açıqladı
Eye

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə mənzillərin verilməsi zamanı gecikmələrin olmasının səbəblərini açıqlayıb.

O, Real TV-yə müsahibəsində gecikmənin Vətən müharibəsi ilə bağlı olduğunu deyib.

S.Babayev qeyd edib ki, bəzi fərdi evlər məhz aktiv döyüş əməliyyatlarının aparıldığı bölgələrə yaxın ərazilərdə yerləşir: “Aktiv döyüş əməliyyatları zamanı tikinti işləri müəyyən qədər ləngidi. Onu da bildirim ki, döyüşlər gedən ərazilərdə tikilib hazır olan bəzi evlər erməni vəhşiliyinin qurbanı oldu. Dağılan həmin evlər artıq təmir edilib. Yanvarın 15-də daha 20 ev şəhid ailəsi və müharibə əlillərinə təqdim olunacaq. Bununla da 1 500 nəfərlik proqram yekunlaşmış olacaq”.

Onun sözlərinə görə, sosial tərəfdaşlar da böyük məsuliyyət prinsipləri nümayiş etdiriblər: “Onların tikdirdiyi evlər də bu günə qədər təqdim edilib və bundan sonra da proses davam edəcək. Yanvarın sonu, fevralın əvvəllində də onlar tərəfindən evlər təqdim ediləcək. 1 500-dən əlavə 90 ev məhz sosial tərəfdaşlar tərəfindən tikilib”.

Qeyd edək ki, ötən ilin sonunda 1 450 mənzil və fərdi evlər şəhid ailələri və Qarabağ əlillərinə verilib.

Şərhlər
  • Mahir cumartov

    Salam men yuk dawma mawinlarda suruculuk axtariram

  • Mahir cumartov

    Baki

  • Niyazi ismayilov

    Salam fehle isi bacariram meni elaqe saxlaya bilersiniz qulagim biraz agir esidir 2 qardasim qarabagda muharibede olublar meni goturersiz elaqe nomrem 0513643366 0556339666

  • Elnur Abdullayev

    Salam. Teker ustasiyam yük maşinlari. 9 il stajim var. 055 396 19 57 tekerçi.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar