Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağlayıb. Müqavilələrdə həmin yazıçılara və nəşriyyatlara məxsus müxtəlif nəşrlərin (kitabların) satın alınması nəzərdə tutulur.
Müqavilə bağlanmış qələm adamları arasında sabiq səfir, Xalq yazıçısı Elmira Axundova da dar. Mədəniyyət nazirliyi ona 3000 manat yardım ayırıb.
Qeyd edək ki, bundan əvvəl Elmira Axundovanın adı Ramiz Mühdiyevlə bağlı gündəmə gəlib. Bununla bağlı mətbuatda gedən yazılardan birində qeyd olunurdu ki, Elmira Axundova uzun illər boyu Ramiz Mehdiyevin ən sadiq ideoloji silahdaşı kimi çıxış edib:
"O, Mehdiyevin kitablarının təbliğatçısı, onun “ağsaqqal siyasətçi obrazının” yaradıcısı idi. Elmira Axundovanın deputat mandatı da, səfir postu da Ramiz Mehdiyevin masasından keçmişdi. Axundova bir vaxtlar danos-məktublarında Mehdiyevə “mənim dostum və ağsaqqalım” deyə müraciət edir, 2018-ci ildə ona “Xalq yazıçısı” adını şəxsən təqdim etdiyinə görə fərəhlə danışırdı. O məktub elə həmin ilin payızında yazılmışdı və Ramiz Mehdiyevə sədaqət andı kimi təqdim olunurdu, amma əslində, bir çoxlarını hədəfə alan, Elmira Axundovanın kimliyini açan donos ruhlu yazı idi".
Qeyd edək ki, Elmira Axundova 2005, 2010 və 2015-ci illərdə Milli Məclisi deputatı, 2020–2023-cü illərdə isə Azərbaycannın Ukraynada fövqəladə və səlahiyyətli səfiri olub.
Zaur, BakuPost