Ru
07:40 / 28 Yanvar 2026

Horovluya növbəti köç: Cəbrayıl rayonuna 20 ailə qayıtdı

Horovluya növbəti köç: Cəbrayıl rayonuna 20 ailə qayıtdı
Eye

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Bakupost.az xəbər verir ki, respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına qayıdırlar.

Bu mərhələdə Horovlu kəndinə 20 ailə, ümumilikdə 77 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar