Ru
19:49 / 02 Mart 2021

Neftçalada şəhid muzeyinin açılışı oldu FOTO

1578
Dünən Neftçala rayon Kürqarabucaq kəndində şəhid gizirimiz Ağasadığ Aslanovun ev muzeyinin açılışı olub. Şəhidin doğum gününə - 30 yaşının tamamına təsadüf edən açılışda millət vəkili Sabir Rüstəmxanlı, rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin atası Xəlil Aslanovun öz həyətində tikib ərsəyə gətirdiyi muzeydə Ağasadıq Aslanov və Kürqarabucaq kəndinin digər şəhidlərinə aid fotolar, məlumatlar yerləşdirilib. Açılışda rayon icra başçısı Mirhəsən Seyidov, millət vəkili Sabir Rüstəmxanlı və digər qonaqlar çıxış edərək şəhid Ağasadıq Aslanov və bütün Qarabağ şəhidləri haqqında danışıb, onların xatirəsinin hər zaman uca tutulacağını bildirib.

"BakuPost" bildirir ki, çıxış edənlər şəhid Aslanov Ağasadıx Xəlil oğlunun, eləcə də Neftçaladan vətən müharibəsi iştirakçılarının düşmənə qarşı göstərdikləri igidlik və qəhrəmanlıqlarından söhbət açıblar. Çıxışlarda şəhid atasının oğlunun xatirəsinə yaratdığı muzey abidəsi tədqirəlayiq hadisə kimi dəyərləndirilib. Belə muzeylər Azərbaycanın hər bir bölgəsində yaradılarsa, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və onların vətəndaş kimi yetişməsinə böyük təsir göstərən əsas amil rolunu oynaya biləcəyi vurğulanıb. Şəhidin atası iştirakçılara öz minnətdarlığını bildirib.

Daha sonra şəhidin məzarı ziyarət edilib.

Məlumat üçün bildirək ki, Aslanov Ağasadıq Xəlil oğlu 01.03.1991-ci ildə Neftçala rayon Kürqarabucaq kəndində anadan olub. Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərib və qəhrəmancasına şəhid olub. 08.11.2020-ci il tarixində Kürqarabucaq kənd məzarlığında dəfn edilib. Göstərdiyi igidliklərə görə “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər