Ru
12:12 / 28 Noyabr 2025

“Nehrə yağı satan Anaxanım xala hansı standartlara əməl etsin?" - Natiq Cəfərli

“Nehrə yağı satan Anaxanım xala hansı standartlara əməl etsin?" - Natiq Cəfərli
Eye

“Əvvəl SSRİ və sovet “cəbhəsinə” daxil olan ölkərə tam məhv edən, indi isə Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarının çürüməsinə, ÜDM artımında geridə qalmasına səbəb olan “over-regulation”, yəni, aşırı tənzimləmə, dövlətin iqtisadiyyata hədsiz müdaxiləsi və “tənzimləmə” adı altında biznesin izafi xərclərini artırmaq siyasəti artıq bir neçə ildir ki, Azərbaycan hökumətinin əsas siyasətinə çevrilib. AB ölkələrində pis nə varsa, hamısını götürüb tədbiq edirlər. Nə SSRİ-dən, nə də Avropa Birliyinin düşdüyü durumdan dərs çıxartmaq istəmirlər”.

Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib.

İqtisadçı bu gün yayılan iki rəsmi xəbərə diqqət çəkib:

1) Azərbaycanda Avropa standartlar əsasında hazırlanan ərzaq məhsulları istehsalına aid (süfrə zeytunu, yeməklik zeytun yağı, çörək sənayesi üçün buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və şokolad məhsulları, kərə yağı və s. ) 33 dövlət standartının layihəsi müzakirə edilib,
2) Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) turizm sahəsində 5 yeni dövlət standartı qəbul edə bilər.

Son illərdə yayılmış onlarla belə məlumatlar var, biznes qan ağlayır, iqtisadi daralma yaşayırıq, iqtisadi oyunçulara stimul verməkdənsə, hökumət “qlobalist” gündəmə uyğun olaraq biznes üçün “standartlar” adı altında növbəti maneələr yaradır. İstənilən uydurulmuş standartlar biznes üçün əlavə maliyyə yüküdür, maliyyə yükü artanda mal-məhsul və xidmətlərin qiyməti artır – bu 2+2=4 qədər sadə formuldur.

Biz nə zaman bazara yetəcək qədər, məsələn, kərə yağı istehsal etdik ki, hələ o standartlara da cavab verməsin?! Yağışdan sonra göbələk kimi artan dövlət-hökumət nəzarətedici orqanlar bu “standartları” əldə bayraq edib cumurlar biznesin üzərinə, ya rəsmi cərimə, ya da “şirinlik” alıb müvəqqəti sakitləşirlər.

İndi, tutalım, Lənkəran bazarında öz əli və bacarığı ilə nehrə yağı istehsal edib satmağa çalışan, məsələn, Anaxanım xala, hansı “standartlara” əməl etməlidir?! Axı xalanın “standartı” nəsillərdən gələn bacarığı və biliyidir. Əməl etməsə nə olacaq – bəli, cərimələnəcək.

Korrupsiya problemi həll edilməyən, məhkəmə sistemi ədalətli və tez çalışmayan ölkələrdə “standartlar”, sadəcə, ya rüşvət, ya da əlavə “vergi” növünə çevrilir. Hökumətin iqtisadi komandasının üzvləri bunu rahat almaladırlar axı, çünki, iqtisadçı olmasalar da, iqtisadiyyata fəlsəfi və yaradıcı yanaşa bilməsələr də, yaxşı hüquqşünasdırlar...”.

Lalə, BakuPost

Şərhlər
  • B.Kolxozdar

    Dəyərli *BakıPost* və İqtisadçı N.Cəfərli, hər hansı dünyəvi, regional, dövlət və sahə üzrə heç bir standart məhsulun, xidmətin keyfiyyətini uyğun səviyyənin tələbatına nizamlayıcı ölçü və şərtləri təsbit, ya qəbul edir? Əksinə, Beynəlxalq, Avropa və digər standartlara uyğunluq ixrac biznesinə yaşıl ixrac verir! Tərsinə də olur? Neft kontraktı hasilat avadanlığı A/Neft İnstitunun standartına uyğunluq sertifikatı olmadığı səbəbli ölkəmizdəki işlərə hansı məbləğdə gətirilmə avadanlıq və digər maddi məsrəflər edib. Kərə yağına təbii ki, Yeni Zelandiya, Avstraliya və AzSSR dövründə heç də dünya standartlarından geri qalmayan-AzStandart kərə yağları keyfiyyətcə bizim və hər hansı dövlət, yer üzü sakinin tələbat şərtlərini tam ödəyirdi! Gəncə Şokolad konfetləri, Vafli kofretləri, *Çiyələk* və *Təsərrüfat* sabunları SSRİdə ən keyfiyyətli çeşidlər sayılırdı? Xam neftimiz İran neft-yağları kimi ən yüksək yanacaq tərkibli idi? Əmək qabiliyyətli vətəndaşlarımızın azı 88-90%i üçün ümumxalq ictimai-dövlət(SSRİ) əhəmiyyətli iş yeri olmasına baxmayaraq, ailə-qayğılı məşğulluq və az məvacib səbəbli rəsmən faktiki məşğulluq 68-78% arası dəyişirdi. Statistiki göstəricilər və bütün növ vergilərin ödənişlərində heç bir əlavə qurumsuz yayınmalar müşahidə oluna bilməzdi? Olsa da dövləti hesabat *sverka*sında səhv, ya saxtakarlıq üzə çıxar və saxtakarlıq, ya cinayət kimi mühakimə olunardı?

  • .Nizami Aliev

    Господи! Если об этом сказал бы, я - то посчитали что, я демагог.. ну тогда слушайте и читайте что сказал ведающий .

  • .Nizami Aliev

    Что за грамотные в редакции ...? имя Анаханым пишут "Анаханим" %

  • Sahib

    Nə əcəb belə məlumatları mətbuata buraxırsınız? Bu sabitliyə xələl gətirməz?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar