Ru
14:18 / 08 Avqust 2026

Bakı və İrəvanın bunu edəcəyinə inanmırdılar – Rubinyan

Bakı və İrəvanın bunu edəcəyinə inanmırdılar – Rubinyan
Eye

“Ermənistanla Azərbaycan arasında sülh bəyannaməsinin imzalanması və Vaşinqton Sammitinin ildönümü münasibətilə hər kəsi təbrik edirəm”.

"Bakupost" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.

O bildirib ki, Ermənistan sülhün əldə olunmasından xeyli faydalana bilib:

“Bəziləri Azərbaycan və Ermənistan arasında sülhü olacağına inanmırdılar. Bizi günahlandırırdılar. Amma artıq hər kəs görür, sərhəddə atışma yoxdur, sülh qurulub. Ermənistan da bundan faydalana bilib. Azərbaycan vasitəsilə dünyaya yolumuz açılacaq. Həmçinin Türkiyə ilə də dəmir yoluna tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar