Ru
18:49 / 27 Avqust 2026

Nepalda daha bir DAŞQIN TƏHLÜKƏSİ: Xəbərdarlıq edildi

Nepalda daha bir DAŞQIN TƏHLÜKƏSİ:  Xəbərdarlıq edildi
Eye

Nepalda sürüşmənin çayın qarşısını kəsdiyi yerdə əmələ gələn göl səbəbindən təkrar daşqın təhlükəsi qalmaqdadır.

"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Ratopati" nəşri Nepal Daşqın Proqnozlaşdırma Xidmətinə istinadən məlumat yayıb.

"Təhlükə əvvəlki kimi qalmaqdadır, çünki daşqının baş verdiyi yerdə çay yatağının qarşısının kəsilməsi nəticəsində göl əmələ gəlib", - deyə məlumatda bildirilib.

Nazirliyin məlumatına görə, gölün ölçüsü böyüyür və onun daşması riski var.

"Xüsusi bildirişə qədər Bxote-Kosi çayının aşağı axarındakı sakinlərə, səyahətçilərə və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən xilasedicilərə maksimal dərəcədə ehtiyatlı olmaq və çay sahillərindən uzaqda təhlükəsiz ərazilərdə qalmaq israrla tövsiyə olunur", - deyə səlahiyyətlilər tövsiyə ediblər.

Xatırladaq ki, Nepalın şimalında, Çinlə həmsərhəd olan Rasuva dairəsində avqustun 26-da qəfil genişmiqyaslı daşqın baş verib. Tibet ərazisində baş verən zəlzələ və sürüşmə Lxende çayının yatağını bloklayıb, Bxote-Koşi çayında su səviyyəsinin kəskin şəkildə qalxmasına səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar