Soyqırımına görə ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş Bosniya Serbləri Ordusunun komandiri olmuş Ratko Mladiç 84 yaşında ölüb.
"Bakupost" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
2017-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal Mladiçi Bosniyada hərbi cinayətlərdə təqsirli bilib və onu ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Xüsusilə, o, 1995-ci ildə Bosniya və Herseqovinada BMT əməkdaşlarının girov götürülməsində, eləcə də Srebrenitsada müsəlmanlara qarşı soyqırımı törətməkdə təqsirli bilinib.
General uzun sürən xəstəlikdən sonra vəfat edib. Mladiç son iki ilini həbsxana xəstəxanasında keçirib. O, dəfələrlə cəzasının yenidən nəzərdən keçirilməsini və sağlamlıq vəziyyəti ilə əlaqədar azadlığa buraxılmasını istəsə də, rədd cavabı alıb.
Mladiç on ildən çox istintaqdan gizlənməyi bacarıb. O, 2011-ci ildə Serbiyada saxlanılıb və Haaqaya gətirilib.