Ru
23:24 / 10 May 2021

Nəsimidə 7 maşın toqquşdu: Xəsarət alan var - FOTOLAR

Nəsimidə 7 maşın toqquşdu: Xəsarət alan var -  FOTOLAR
Eye

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada yeddi avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış iki “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı “Lexus”da olan bir nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Nəsimidə 7 maşın toqquşdu: Xəsarət alan var -  FOTOLAR
Nəsimidə 7 maşın toqquşdu: Xəsarət alan var -  FOTOLAR
Nəsimidə 7 maşın toqquşdu: Xəsarət alan var -  FOTOLAR
Nəsimidə 7 maşın toqquşdu: Xəsarət alan var -  FOTOLAR
Nəsimidə 7 maşın toqquşdu: Xəsarət alan var -  FOTOLAR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar