“Netflix”in böyük uğur qazanan animasiya filmi “K-Pop iblis ovçuları” (KPop Demon Hunters) BAFTA-nın namizədliyi üçün müəyyən edilmiş kriteriyalara cavab vermədiyi üçün mükafat yarışından kənarlaşdırılıb.
Bütün zamanların ən çox izlənən filmi olan animasiya ilk nümayişini kinoteatrlarda keçirmədiyi üçün BAFTA-nın qaydalarına uyğun deyil. “Netflix” filmin iyununun 20-dəki televiziyadakı premyerasından sonra Böyük Britaniyada kinoteatrlarda nümayiş etdirərək qaydaların ətrafında dolaşacağına ümid etsə də, bu cəhd uğursuz olub.
Bakupost.az “Deadline” istinadən xəbər verir ki, “Netflix” rəsmi müraciət etməsinə baxmayaraq, BAFTA Film Komitəsi platformanın tələbini rədd edib. Şərtlərə görə, mükafata namizəd göstərilən filmlər Böyük Britaniya kinoteatrlarında ən azı bir həftə ərzində gündə 10 dəfə göstərilməlidir. “Netflix” bildirir ki, əgər film premyera günü eyni zamanda kinoteatrlarda da göstərilsəydi, BAFTA bu namizədliyi qəbul edərdi.
Qeyd edək ki, “K-Pop iblis ovçuları” filmi ABŞ-da nümayişdən əvvəl kinoteatrlarda göstərildiyi üçün “Oscar” namizədliyinə iddialıdır.
Rejissorları Meqi Kanq və Kris Appelhans olan film populyar K-pop “HUNTR/X”in qızlar qrupunun iblis ovçusu olaraq ikili həyat yaşamasından bəhs edir. Onların mübarizəsi zamanı qarşılaşdıqları “Saja Boys” adlı rəqib kişi musiqi qrupunun iblis olduğu ortaya çıxır.
Kriminal-musiqi animasiyası “Netflix”də 325 milyondan çox baxışla platformanın ən çox izlənən komediya filmi “Red Notice”i (231 milyon) geridə qoyub. Film nümayişə çıxmasından bəri rekordlar qırmaqda davam edir – iyun ayında Rotten Tomatoesdə orijinal film üçün ən yüksək tənqidçi və tamaşaçı ballarını əldə edib.
“HUNTR/X”in filmdəki mahnıları əvvəllər “Billboard” tarixində yer alıb. Rumi, Mira və Zoey rollarını canlandıran EJAE, Audrey Nuna və REI AMI isə “Destiny's Child”dan sonra siyahılarının zirvəsinə çıxan ilk qadın üçlüsü olublar. “Golden” ilə isə Hot 100-də zirvəyə çıxan ilk qadın “K-pop” qrupu olub. “Netflix” filmin kinoteatr uğurundan sonra izləyicilərin mahnılara qoşula biləcəyi versiyasını yayımlayıb.
2026 BAFTA mükafatları 2026-cı ilin fevralında təqdim olunacaq.
Cavid, BakuPost