Ru
21:10 / 14 Oktyabr 2025

Nikolun Zəngəzur ifadəsinə əsəbi reaksiyası bununla bağlıdır - Qevondyan

Nikolun Zəngəzur ifadəsinə əsəbi reaksiyası bununla bağlıdır - Qevondyan
Eye

“Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı ritorikası parlament seçkilərindən sonra dəyişəcək”.

Bakupost.az xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib.

Qevondyan Paşinyanın Zəngəzur dəhlizi ifadəsinə qarşı əsəbi reaksiyasını seçkilərə hazırlıqla əlaqələndirib.

“2026-cı il seçkilərindən sonra onun ritorikası kəskin şəkildə dəyişəcək. O bəyan edəcək ki, kimin idarə etməsinin heç bir fərqi yoxdur, əsas odur, ticarət inkişaf etsin”, - o əlavə edib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkilərin gələn il iyunda keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar