Ru
21:38 / 18 Noyabr 2025

Nizami Gəncəvi İrəvanda İran şairi kimi təqdim olundu

Nizami Gəncəvi İrəvanda İran şairi kimi təqdim olundu
Eye

Azərbaycanın İrəvandakı tarixi memarlıq abidəsi sayılan Göy məsciddə bu dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında fars və erməni dillərində hazırlanmış “Xosrov” tamaşası səhnəyə qoyulub.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, tamaşa İranın “Təndis” İncəsənət Qrupu tərəfindən təşkil edilib və İranın Ermənistandakı Mədəniyyət Mərkəzi tərəfindən 10 gün ərzində daha bir neçə şəhərdə nümayiş etdirilib.

İzləyici olaraq Ermənistanda yaşayan iranlıların iştirakı ilə səhnəyə qoyulan “Xosrov” tamaşası “İran mədəni kimliyinin bir hissəsi” kimi təqdim edilib.

İranın İrəvandakı mədəniyyət ataşesi Məhəmməd Əsədi Movəhhed bu addımı iki ölkə arasında mədəni əlaqələrin inkişafında təsirli hesab edib.

Cavid, BakuPost

Şərhlər
  • Kecmiş idmançı

    Bizim bəzi ağzıgöyçək, hətta “ziyalılar”, rus dilində yazan yazıçılarımızı Azərbaycan yazıçısı hesab etmirlər, ancaq fars dilində yazan Nizamidən söhbət düşəndə dəridən-qabiqdan çixirlar ki, Azərbaycan şairidir. Bu, ikili standartlar deyil, “ziyaNlı” olanlarin riyakarlığıdı, güya vətənpərvərlikləridi. Azərbaycan dilində vikipediyadan: “Mən mirvari kimi Gəncə dənizində qərq olsam da, Dağlarda yerləşən Qum şəhərindənəm”. Hazırda, akademik müəlliflər tərəfindən qəbul edilmiş ortaq fikrə əsasən, Nizaminin atasının Qumdan olmasına, lakin Nizaminin özünün Gəncədə doğulmasına, onun əsərlərində Qumda doğulması ilə bağlı iddianın isə mətn səhvi olmasına inanılır. Onun doğma şəhəri olan Gəncədə o dövrdə irandilli əhali üstünlük təşkil etdiyinə görə fars mədəniyyəti hakim olmuşdur. İngilisdilli Viki səhifəsi: Born into a Persian family, his personal name was Ilyas[2] and his chosen pen-name was Nizami (also spelled Nezami). He was born of an urban background in Ganja (Seljuq empire, now Republic of Azerbaijan) and is believed to have spent his whole life in the South Caucasus. According to De Blois, Ganja had a predominantly Iranian population at the time.[2] Nizami was orphaned[3][16] early and was raised by his maternal uncle Khwaja Umar, who took responsibility for him and afforded him an excellent education. His mother, named Ra'isa, was of Kurdish[3][6][17] origin. His father, whose name was Yusuf is mentioned once by Nizami in his poetry.[3] In the same verse, Nizami mentions his grandfather's name as Zakki. In part of the same verse,[18] some have taken the word Mu'ayyad as a title for Zakki[4] while others have interpreted it as the name of his great-grandfather. Some sources have stated that his father might be possibly from Qom.[3][17] Nizami is variously mentioned as a Persian and/or Iranian. Vikipediyaya inanmaya da bilərsiniz.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar