Ru
21:14 / 19 Aprel 2019

“Ünvanı bəlli olmayan nəzir və qurbanlarda halallıq ola bilməz” - Sabir Rüstəmxanlıdan yeni təklif

2383
"İslam
aləmində bir Vaqf anlayışı vardır. Əgər müsəlmanıqsa mənasını bilməliyik.
Məqsədi, çox qısa şəkildə desək, Allah yolunda insanlara yardım etməkdir.
İmkanlılar könüllü şəkildə, etiqadı və təmiz niyyəti ilə öz malından mülkündən
imtina edib onun xeyriyyəçilik, lmkansızlara əl tutmaq niyyətiylə, təhsilin,
elmin inkişafı, xalqın müdafiə gücünün artırılması, haqqın- ədalətin qorunması,
vətənin abadlaşması yolunda sərf olunmasını istər”.


 

BakuPost.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
O, bildirib
ki, Azərbaycanda vaqflar yoxdur, amma fondlar var. "Vaqf yaradan yoxdursa,
deməli onun böyük dini- mənəvi, insani və ictimai dəyərini anlayan da yoxdur”.   S.
Rüstəmxanlının sözlərinə görə, fondlarımız daha çox rəsmi şəkildə maliyyələşir,
yardım edir, amma kimsənin hətta ölüm qabağı malını- mülkünü hər hansı xeyirxah
iş üçün bir xeyriyyə təşkilatına vəsiyyət etdiyini və ya öz sərvəti ilə Allah
yolunda imkansızlara yardım üçün bir fond və ya vaqf qurduğunu görən olmayıb:
"Olubsa da, yəqin məhəlli əhəmiyyətli olub, xəbərsizliyimi mənə bağışlasınlar.
Qoy çürüsün, xarici banklarda batsın, öz nəslinin vecsizlərini qudurtsun, amma
toplumun, millətin xeyir işlərinə sərf olunmasın..   Vaqfçılıq
insanın insanlığını göstərən çox böyük mənəvi məktəbdir. Hələ çoxallahlıq
zamanlarından başlanır. İslamda ilk vaqfı Həzrəti Məhəmməd özü qurub. Qardaş
Türkiyədə böyük vaqflar gələnəyi var. Vaqflar bankı, vaqflar idarəsi
çalışmaqdadır . Vaqfların çoxu xeyirxah insanların ümumi səyi ilə qurulub,
lazım olanda dövlət də yardımını əsirgəmir”.   Partiya
sədri bildirib ki, xaricdə yaşayan zənginlərdən kimsə köməyə gəlsə, məmur öncə
öz payını istəyəcək: "Azərbaycandakı böyük ziyarətgahlar niyə öz fondlarını və
ya vaqflarını yaratmasın? Ola bilməz millətin sədəqəsi ancaq bir ailənin, bir
varislər qrupunun cibinə axsın. Bu pullar Allah naminə yığılırsa, poçtla Allaha
göndərilmir ki, kimlərinsə cibinə gedir. Halbuki, Allaha xoş gedən bu nəzirin
cəmiyyət üçün, kasıblar üçün və halallıqla xərclənməsidir.   Yoxsa ola
biıməz ki, bir dərgahda səhərdən axşama qurbanlar kəsilsin, nəzirlər toplansın,
ondan millətə heç bir xeyir gəlməsin. Niyə bizdə heç olmasa ümumi bir
ziyarətgahlar vaqfı yaradılmasın və bu vaqf ildə 10-15 gəncin xaricdə təhsilini
maliyyələşdirməsin, yetim evlərinə kömək etməsin. Yaxud kasıb tələbələr üçün
İmamzada, Əli aga, Fatimeyi Zəhra, Beşbarmaq, yaxud Mir Mövsüm ağa təqaüdləri
kəsilməsin.   Ünvanı
bəlli olmayan nəzir və qurbanlarda halallıq ola bilməz, yığılandan insana qayıdış
yoxdursa Allah bunu qəbul etməz və bu, haramdır. Mən statistika ilə məşgul
olmayacağam, lakin hər şey xalqın gözünün qabağındadır. İnanmıram ki,
insanlarımızın ruhu quruyub, heç kim Allah və millət yolunda pul xərcləmək
istəmir. Lakin burda şəffaflıq olmalıdır və yardım edən yardımının dibdiz
quyuya atılmadığını, xeyirxah əməlinin nəticəsini görməlidir. Onda mənzərə
dəyişilər. Buna görə də topluma xidmət edən, dövlətlə münasibətləri düzgün
nizamlanan vaqfların qurulması zəruridir. Bu cəmiyyətdə qarşılıqlı yardımlaşma
və milli birlik düyğusunu gücləndirər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər