ABŞ-ın Nyu-York şəhərinin yeni meri Zöhran Məmdani keçmiş mer Erik Adamsın verdiyi bir çox fərmanı ləğv edən yeni fərmanlar imzalayıb. Bu, keçmiş merin 24 sentyabr 2018-ci ildə korrupsiyada iştirak etməkdə ittiham olunmasından sonra edilib.
Bakupost.az xəbər verir ki, bu barədə "Hill" qəzeti məlumat yayıb.
Xüsusilə, Adamsın 26 sentyabr 2018-ci ildən sonra verdiyi fərmanlar ləğv edilib, çünki o, həmin gün ittiham olunub.
Məmdani bu addımını metropol üçün yeni bir günün başlanğıcı və köhnədən qurtuluş hesab2 edib.
Qeyd edək ki, Məmdani ötən gün and içib və fəaliyyətə başlayıb.
Asena,
BakuPost