Aparıcı Samir Bayramlı ARB TV-dən ayrıldığını açıqlayıb.
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı artıq bir aya yaxındır "Full show"dan öz istəyi ilə uzaqlaşdığını bildirib.
"Artıq bir aydır ki, şəxsi istəyim və qarşılıqlı razılaşma əsasında ARB TV-də yayımlanan, "Özəl media" ilə bir yerdə ərsəyə gətirdiyimiz "Full show" verilişini dayandırıb, yollarımı ayırmışam. Növbəti gözəl layihələrdə görüşmək ümidi ilə" deyə, Samir əlavə edib.