Ru
13:20 / 21 Mart 2026

Tehranda daha bir yüksək rütbəli hərbçi öldürüldü

Tehranda daha bir yüksək rütbəli hərbçi  öldürüldü
Eye

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzdindəki "Bəsic" xalq könüllüləri dəstəsinin komandan müavini Əzim İsmaili martın 17-də Tehrana endirilən hava zərbələri nəticəsində həlak olub.

Bakupost.az xəbər verir ki, "Iran International" nəşrinin yaydığı məlumata görə, İsmaili həmin gün bölmənin komandanı Qulamrza Süleymani ilə birlikdə eyni hədəf nöqtəsində məhv edilib.

Əzim İsmaili "Bəsic" komandanının müavini postunu tutmaqla yanaşı, əvvəllər Xuzistan əyalətində SEPAH-ın kadrlar və təftiş şöbəsinə rəhbərlik edib. İranın rəsmi "Tasnim" xəbər agentliyi onu "Bəsic bölməsinin ən mühüm sütunlarından biri" kimi xarakterizə edərək, bu itkinin rejim üçün nə dərəcədə ağır olduğunu dolayı yolla təsdiqləyib. İsrail və ABŞ koalisiyasının həyata keçirdiyi bu dəqiq əməliyyat nəticəsində "Bəsic"in həm komandanı, həm də onun əsas strateji müavininin eyni vaxtda sıradan çıxarılması, qurumun idarəetmə strukturunun tamamilə iflic olmasına gətirib çıxarıb.

Qeyd olunur ki, İsmailinin məhv edilməsi rejimin daxili təhlükəsizlik və repressiya aparatına endirilmiş ən sarsıdıcı zərbələrdən biridir, çünki o, "Bəsic" daxilində nizam-intizam və kadr siyasətinə birbaşa cavabdeh olan əsas fiqur idi. /Musavat.com



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar