Ru
10:56 / 21 Mart 2026

“Pul qazanın, amma mədəniyyətimizi məhv etməyin!”

“Pul qazanın, amma mədəniyyətimizi məhv etməyin!”
Eye

“Sosial şəbəkələrdə – “Instagram”, “YouTube” platformalarında oxunan mahnılar çox bərbaddır. Bu, artıq ürək sındırmaqdan da keçib, həqiqətən bərbad vəziyyətdədir”.

Bakupost.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Qonaqcanlı” verilişində səsləndirib.

Xalq artisti süni intellekt vasitəsilə mahnı yazılması və klip çəkilişi məsələsinə də münasibət bildirib:

“Bir məclisdə idim, gördüm ki, stol arxasında elə yerindəcə mahnı bəstələnir. Oradaca sözlər yazıldı, anındaca mahnı hazır oldu. Düzdür, səsimi çıxarmadım, çünki kiminsə qəlbini qırmaq istəmirəm. Amma stol arxasında necə musiqi bəstələmək olar? Axı bu qədər asan deyil. Bizim bəstəkarlarımız konservatoriyalar bitirirlər. Pulunuzu qazanın, amma xahiş edirəm, mədəniyyətimizi bərbad günə qoymayın"./Musavat.com

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar