Ru
13:20 / 12 Sentyabr 2019

“O layihədə bizim səsimizə ehtiyac duyulur” - Fərqanə Qasımova

4106

Məlum olduğu kimi bu il dahi Azərbaycan şairi İmaməddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətiylə ölkəmizdə “Nəsimi ili” elan olunub.


“Nəsimi ili” çərçivəsində bir çox tədbirlər, maraq doğuran layihələr həyata keçirilib. Belə layihələrdən biri də bir Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusifin İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı musiqi kompozisiyasıdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan kompozisiya qısa müddətdə ölkədə və ölkə xaricində böyük marağa səbəb olub. Lakin sosial şəbəkələrdə bir çox izləyicilər layihədə xalq artisti Alim Qasımovun və Fərqanə Qasımovanın yer almamasına qarşı çıxıblar.


Məsələ ilə bağlı BakuPost-a açıqlama verən Fərqanə Qasımova bildirib ki, tamaşaçıların iradlarına hörmətlə yanaşmaq lazımdır: “Sözügedən kompozisiyanı izlədim. Həqiqətən də çox əziyyət çəkilib, yaxşı bir iş ərsəyə gətiriblər. Layihədə yer almaq məsələsinə gəlincə, deyim ki, Alim Qasımov Sami Yusiflə başqa bir layihədə yer alıb.


Amma təbii ki, söhbət Nəsimidən, qəzəldən gedirsə, mən öz adıma deyirəm ki, bu layihədə iştirak təklif olunsaydı, məmnuniyyətlə qəbul edərdim. Təəssüf ki, təklif gəlmədi. İzləyicilər bizi o layihədə görürlərsə və yer almadığımız üçün irad bildiriblərsə, deməli, o layihədə bizim səsimizə ehtiyac duyulub. Buna görə də tamaşaçının bu fikrinə hörmətlə yanaşmaq lazımdır”.


Günel Musa
BAKU POST




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər