Ru
09:53 / 17 Yanvar 2026

Ölmüş arvadının təyyarəyə mindirməyə cəhd etdi – Aeroport əməkdaşlarını günahlandırdı

Ölmüş arvadının təyyarəyə mindirməyə cəhd etdi – Aeroport əməkdaşlarını günahlandırdı
Eye

İspaniyanın Tenerife hava limanında 80 yaşlı kişi vəfat etmiş arvadının meyitini əlil arabasında təyyarəyə mindirməyə çalışarkən təhlükəsizlik əməkdaşları tərəfindən aşkarlanıb.

Bakupost.az “Spanish News Today” portalına istinadən xəbər verir ki, 75 yaşlı qadının meyitini əlil arabasında nəzarət məntəqəsindən keçirməyə çalışan kişi yoxlama zamanı diqqət çəkib. Təhlükəsizlik əməkdaşlarından biri qadının nəfəs almadığını və əllərinin qeyri-adi dərəcədə soyuq olduğunu müşahidə edib. Bundan sonra hava limanında fövqəladə prosedur işə salınıb, polis və məhkəmə-tibbi ekspertiza əməkdaşları hadisə yerinə çağırılıb.

Yaşlı kişi ifadəsində həyat yoldaşının hava limanında bir neçə saat əvvəl vəfat etdiyini bildirib. Yerli mediada yayılan məlumatlara görə, kişinin ölüm hadisəsi ilə bağlı bəzi hava limanı əməkdaşlarını məsuliyyətə cəlb etməyə çalışdığı iddiaları da səlahiyyətli qurumlar tərəfindən araşdırılıb.

Aparılan ilkin istintaq və məhkəmə-tibbi ekspertiza nəticələrinə əsasən, qadının bədənində zorakılıq və ya müdaxilə izlərinə rast gəlinməyib. Rəsmi rəyə görə, ölümün təbii səbəblərdən baş verdiyi müəyyən edilib. Bu nəticədən sonra 80 yaşlı kişi sərbəst buraxılıb.

Səlahiyyətli qurumlar hadisənin bütün hallarının aydınlaşdırılması məqsədilə araşdırmanın davam etdirildiyini açıqlayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar