Ru
11:04 / 17 Yanvar 2026

Qrenlandiya məsələsində anlaşma – Tramp yenə hədələdi

Qrenlandiya məsələsində anlaşma – Tramp yenə hədələdi
Eye

Prezidenti Donald Tramp ABŞ-nin Qrenlandiyanı nəzarətə götürmək planına dəstək verməyən ölkələrə qarşı ciddi tədbir görüləcəyini bəyan edib.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, Tramp dünən Ağ Evdə keçirilən səhiyyə mövzulu tədbirdə çıxışı zamanı bildirib ki, bu məsələdə Vaşinqtonun mövqeyini bölüşməyən ölkələrə tarif tətbiqi istisna edilmir. Onun sözlərinə görə, ada ABŞ-nnin milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

“Əgər Qrenlandiya məsələsində bizimlə eyni xətdə olmasalar, ölkələrə tarif tətbiq edə bilərəm. Çünki milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var”, – Tramp deyib.

Yanvarın 15-də Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, vitse-prezident Ceyms Vens ilə Danimarka rəsmiləri arasında keçirilən görüş məhsuldar olub. Rəsminin sözlərinə görə, tərəflər adanın Danimarkadan alınması məsələsi üzrə texniki məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər.

Sözçü qeyd edib ki, Qrenlandiyanın Danimarkadan alınması Tramp üçün prioritetdir. Çünki, region ABŞ-nin milli maraqları baxımından kritik əhəmiyyət daşıyır.

Livitt həmçinin adanın alınması ilə bağlı texniki danışıqları davam etdirəcək işçi qrupunun yaradılması barədə razılıq əldə olunduğunu və görüşlərin hər 2–3 həftədən bir keçiriləcəyini açıqlayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar