Ru
19:22 / 16 Avqust 2026

Onlar 30 yaşdan sonra varlanacaq

Onlar 30 yaşdan sonra varlanacaq
Eye

Numeroloji iddialara görə, bəzi insanlar gənclik illərində peşə və maliyyə baxımından çətinliklər yaşasa da, 30 yaşdan sonra daha böyük uğurlar qazana bilərlər.


"Bakupost" Bizim.Media-ya istinadən xəbər verir ki, bu qrupa 8, 17 və 26-da doğulanlar aid edilir. Numeroloqlar onların səbir və intizam sayəsində sonradan maliyyə vəziyyətlərini yaxşılaşdıra biləcəklərini bildirirlər.
4, 13, 22 və 31-də doğulanların isə gənclikdə tez-tez iş və istiqamət dəyişdirdiyi, 30 yaşdan sonra isə texnologiya, media, marketinq və biznes sahələrində uğur qazana biləcəyi iddia olunur.

7, 16 və 25-də doğulanların uzun müddət öz peşə istiqamətlərini axtardıqları, yaş artdıqca təcrübə və intuisiyalarından daha yaxşı istifadə etdikləri qeyd edilir.

9, 18 və 27-də doğulanların isə gənclikdə impulsiv, sonrakı illərdə daha təmkinli və məqsədyönlü olduqları, biznes, idman, tibb və rəhbər vəzifələrdə uğur qazana biləcəyi bildirilir.

Qeyd edək ki, numerologiya elmi cəhətdən təsdiqlənmiş metod deyil və bu cür proqnozların obyektiv elmi əsası yoxdur. Belə məlumatlara daha çox əyləncə xarakterli yanaşmaq lazımdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar