Ru
16:35 / 11 Dekabr 2025

Onların maaşları artırılacaq

Onların maaşları artırılacaq
Eye

Məhkəmə ekspertlərinin əməkhaqları artırılacaq.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada öz əksini tapıb.

Sənəddə görüləcək işlər aşağıdakı kimi qeyd olunub:

- Beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla, məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflərin hazırlanması;

- Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi;

- Məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu məqsədlə xüsusi təlim proqramlarının hazırlanması;

- Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflərin hazırlanması.

Ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar