Ru
12:47 / 21 Fevral 2021

Oqtay Əsədovun daha bir villası aşkarlandı - FOTOLAR

2289
Azərbaycanın sabiq spikeri Oqtay Əsədovun daha bir villası barədə məlumatlar yayılıb.

"BakuPost" musavat.com-a istinadən bildirir ki, məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli paylaşıb.

"Keçmiş spikerin villalarından biri Qubada, Qəçrəş yolundadır. Peykdən dəbdəbəli görünməsə də, bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır. Düzdür, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var. Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış puldan çırpışdırıb tikib.

Elə bu gün də Qubadakı 5 hektardan artıq alça bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir. Milli Məclisin və "Azərsu"yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa - Buzovna yolunun üstündədir. Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib" – deyə C.Həsənli bildirib.
Şərhlər
  • Mikayil

    Oqtay Əsədov Azərbaycanın ən böyük oğrularından biridir. Hayif bu insan Azərbaycan parlament tarixinə düşüb, onun yeri parlamentdə yox türmə olmalıdı.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər