Ru
19:19 / 17 Dekabr 2025

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən - ŞOK TƏLƏB

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən - ŞOK TƏLƏB
Eye

Ermənistanda 44 günlük müharibə zamanı həlak olan və itkin düşən hərbçilərin ailələri parlament nəzdində yaradılmış istintaq komissiyasının hesabatının dərc olunmasını tələb edirlər. Bu barədə Hraparak nəşri məlumat yayıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, məlumata görə, həlak olanların yaxınları müvafiq petisiya hazırlayıb və Ermənistan Milli Assambleyasının binası önündə imza toplayırlar.

Toplanan imzaların Milli Assambleyanın sədri Alen Simonyana təqdim olunacağı bildirilir.

Ailələr hesab edir ki, müharibənin gedişi, verilən qərarlar və baş verən hadisələrlə bağlı cəmiyyətə tam və açıq məlumat verilməli, istintaq komissiyasının nəticələri gizli saxlanılmamalıdır. Onların fikrincə, hesabatın açıqlanması həm həlak olanların xatirəsinə hörmət, həm də gələcək üçün məsuliyyətin müəyyənləşdirilməsi baxımından vacibdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar