Ru
17:34 / 04 Fevral 2026

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi
Eye

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.


Bakupost.az “Oxu.Az”a istinadən xəbər verir ki, o, “Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.

Mehriban Ələkbərzadə Oxu.Az-a açıqlamasında xəbəri təsdiqləyib.

“Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur” - deyə, M.Ələkbərzadə bildirib.

Xatırladaq ki, qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Bundan sonra M. Ələkbərzadə də vəzifəsini itirmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar