Davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Bakupost.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mövcud hava şəraiti ilə bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.
Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir.
Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir.