Ru
14:17 / 09 Sentyabr 2021

Ordumuzun şanlı qələbəsinə həsr olunan film: “Biz Qarabağı unutmadıq” - VİDEO

2461
Azərbaycan Televiziyası (AzTV) Vətən müharibəsinin başlanmasının ilk ildönümü ilə bağlı sənədli film hazırlayır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakupost.az -a verilən məlumata görə, “Biz Qarabağı unutmadıq” adlı film Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunub.

Filmdə ordumuzun qazandığı parlaq qələbənin təfərrüatı və nəticələrindən bəhs olunacaq, müharibədə iştirak etmiş hərbçilərimizin təəssüratları yer alacaq.

Hazırda filmin çəkilişləri davam edir.

Filmin premyera tarixi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2020-ci sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı “Dəmir yurmuq” adlı əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqları 44 gün müddətində azad edildi.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər