Ru
14:43 / 03 Oktyabr 2025

Overçuk Azərbaycana gələcək

Overçuk Azərbaycana gələcək
Eye

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə “Apa.az”a Rusiyadakı diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, Overçukun Bakıya səfəri oktyabrın 13-14-də nəzərdə tutulub, hazırda səfərin detalları razılaşdırılır.

Mənbənin bildirdiyinə görə, Overçukun Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirakı nəzərdə tutulub.

İran tərəfini isə üçtərəfli görüşdə nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiqin təmsil edəcəyi bildirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar