Ru
21:01 / 24 Avqust 2026

Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymadı: AB-yə üzvlük üçün rəsmi müraciət...

Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymadı: AB-yə üzvlük üçün rəsmi müraciət...
Eye

Ermənistan AB-yə üzvlüklə bağlı ilk addım olaraq yaxın gələcəkdə rəsmi müraciət edəcək.

"Bakupost" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən deyib.


“İlk növbədə Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsi lazımdır”, – deyən Paşinyan prosesdən sonra yol xəritəsinin hazırlanacağını bildirib.

Paşinyan “Bu prosesə yaxın gələcəkdə başlaya bilərik” deyə qeyd edərək, Ermənistanın AİB-dəki tərəfdaşlarının tələblərinin və narahatlıqlarının da nəzərə alınacağını bildirib.

Ermənistanın Baş naziri AB-yə üzvlük məsələsində yekun mərhələyə gəlinəcəyi təqdirdə xalq səsverməsinin keçirilməsinin mümkün olduğunu da əlavə edib.

Xatırladaq ki, Ermənistan parlamenti 26 mart 2025-ci ildə ölkənin AB-yə qoşulması prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Moskva isə İrəvanın Avropa ilə daha sıx inteqrasiyasının Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüklə uyğun gəlməyəcəyi barədə xəbərdarlığını təkrarlayır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar