Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi aparılıb.
"Bakupost" xəbər verir ki, bu barədə Belarusun "Birinci informasiya" telekanalı məlumat yayıb.
Bildirilib ki, Belarusun Qomel vilayətində Rusiya 10 rusiyalı hərbi qulluqçunu geri qaytarıb, əvəzində Ukrayna Silahlı Qüvvələrinin 10 hərbi əsirini təhvil verib.