Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyaya rəsmi nota göndərib.
Bakupost.az xəbər verir ki, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov avqust ayında geniş ictimai rezonansa səbəb olan insidenti şərh edərkən deyib. Bildirilib ki, Özbəkistan tərəfi videoda özbək taksi sürücüsünü təhqir edən, onu “rusların qulu” adlandıran şəxsin şəxsiyyətinin müəyyən edilməsini və barəsində qanuni tədbir görülməsini tələb edib.
Qeyd edək ki, Moskva vilayətində lentə alındığı iddia edilən hadisə Özbəkistanda hiddətə səbəb olub. Kadrlarda bir nəfərin taksi sürücüsünə qışqıraraq onu etnik mənsubiyyətinə görə alçaltması əks olunub.