Ru
10:51 / 24 Oktyabr 2021

Özbəkistanda yeni prezident seçilir

Özbəkistanda yeni prezident seçilir
Eye

Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir.

Bakupost.az xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər.

Qeyd edək ki, Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

Ölkədə prezident 5 il müddətinə seçilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar