Ru
10:37 / 04 May 2022

Tələbə buna görə intihar edibmiş... - VİDEO

25663
Daxili İşlər Nazirliyi (DİN) Bakıda tələbənin intiharı ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Bakupost.az -a daxil olan məlumatda deyilir:

"Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atmışdır. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşmüşdür. Nəticədə X.Babayeva hadisə yerində ölmüş, Z.Niyazov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib".





Şərhlər
  • Wind Flower

    Nəticəsi 275-280 arası olub düzgün olmayan xəbərlər yaymayın

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər