Ru
20:08 / 07 Aprel 2026

Pakistan İrana qarşı müharibəyə qoşula bilər - İddia

Pakistan İrana qarşı müharibəyə qoşula bilər - İddia
Eye

İranın Səudiyyə Ərəbistanının Amerika şirkətləri ilə əlaqəli sənaye müəssisələrinə gecə hücumu sülh danışıqlarını pozmaq təhlükəsi daşıyır.

Bakupost.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi Pakistanın yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı cavab tədbirləri görərsə, danışıqlar dayandırılacaq. O əlavə edib ki, cavab zərbələri Pakistanı iki ölkə arasında imzalanmış müdafiə müqaviləsi əsasında münaqişəyə cəlb edə bilər.

İkinci mənbə isə bildirib ki, İran "nazik buz üzərində gəzir" və növbəti üç-dörd saat gələcək dialoq üçün çox vacibdir.

Qeyd edək ki, Pakistan hər iki tərəfin irəli sürdüyü sülh təklifləri ilə bağlı ABŞ-İran müzakirələrində əsas vasitəçidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar