Ru
17:41 / 28 Mart 2026

Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin XİN rəhbərləri Yaxın Şərq üçün bir araya gəlir

Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin XİN rəhbərləri Yaxın Şərq üçün bir araya gəlir
Eye

Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirləri Yaxın Şərq regionunda gərginliyin azaldılması yollarını müzakirə etmək üçün Pakistanın paytaxtı İslamabada gedəcəklər.

Bakupost.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Darın dəvəti ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər naziri Bədr Əbdül Atı 29-30 mart 2026-cı il tarixlərində İslamabada səfər edəcəklər. Səfər zamanı xarici işlər nazirləri regionda gərginliyin azaldılması səyləri də daxil olmaqla, bir sıra məsələlər üzrə ətraflı fikir mübadiləsi aparacaqlar", - deyə məlumatda bildirilib.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nümayəndə heyətinin yüksək vəzifəli üzvləri həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif ilə də görüşəcəklər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar