Qubada 34 yaşlı kişi ayağındakı qanaxmadan ölüb.
Bakupost.az xəbər verir ki, Quba şəhər 4 saylı məktəb-liseyin texniki işçisi 1992-ci il təvəllüdlü Qanyulov Abdul İsmayıl oğlu qəfil vəfat edib.
Bildirilib ki, şəkərli diabetdən əziyyət çəkən 34 yaşlı şəxsin ayağında açıq yara olub. Martın 26-da yarada qanaxma olub və vaxtında tibbi yardım göstərilmədiyindən o vəfat edib.
Faktla bağlı araşdırma aparılır.