Ru
22:34 / 25 İyul 2025

Paralimpiyaçılarımızdan bir günə 4 medal - FOTO

Paralimpiyaçılarımızdan bir günə 4 medal - FOTO
Eye

Azərbaycanın milli paralimpiya komandası Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb.

Bakupost.az xəbər verir ki, Oyunların ikinci yarış günündə parataekvondoçuların hər üçü fəxri kürsüyə yüksəlib.

Bayraqdar Sabir Zeynalov (K44, 58 kq) mübarizəyə yarımfinaldan start verib. O, komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.

Ayxan Nuriyev (K44, 58 kq) isə bürünc medala yiyəlınib.

16 yaşlı parataekvondoçu Səmayə Həsənova (K44, 47 kq) da mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli rəqiblərini məğlub edən Həsənova iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17 yaşlı paracüdoçu Ömər Qurbanov 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

Paralimpiyaçılarımızdan bir günə 4 medal - FOTO
Paralimpiyaçılarımızdan bir günə 4 medal - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar