Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ilə əlaqədar bu ölkənin Moskvadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Bakupost.az xəbər verir ki, Armyanskiy pereulok küçəsində yerləşən səfirliyin qarşısına təxminən 300 nəfər adam toplaşıb. Aksiya iştirakçıları arasında din xadimləri, ictimai fəallar və Rusiya ordusunda xidmət edən döyüşçülər də var.
Ermənistan hakimiyyətinin son qərarlarını “antikonstitusion” adlandıran aksiya iştirakçıları din xadimlərinin və erməni iş adamı Samvel Karapetyanın həbsinə etiraz ediblər.
Bu aksiyasının və baş nazirin təyyarəsinin hava limanına enişinə icazə verilməməsinin Kreml tərəfindən təşkil olunduğu ehtimal edilir.
Xatırladaq ki, bu gün gecə saatlarında hava məkanının bağlanması səbəbindən Paşinyanın təyyarəsi aeroporta eniş edə bilməyib və ehtiyat aerodroma yönləndirilib.
Cavid, BakuPost