Ru
15:36 / 27 Noyabr 2020

Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”

Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edib.

Ermənistan KİV-nin məlumatına görə, o, Ermənistanla Azərbaycanın Kəlbəcər rayonu arasında yerləşən Zod qızıl yatağı ətrafında yaranmış vəziyyətə də toxunub:

“Zod qızıl yatağının yarısı Azərbaycan, yarısı isə Ermənistan ərazisinə düşür. Üçtərəfli razılaşmaya görə, Kəlbəcər rayonunun Azərbaycana qaytarılmasından sonra erməni qoşunları yeni sərhəd xəttinə yerləşdirilməlidir. Sərhədlərin fiksasiyası təkcə rusiyalı sülhməramlıların deyil, azərbaycanlı hərbçilərin də iştirakı ilə həyata keçirilir”.

Nikol Paşinyan ölkə müxalifətini qanlı yolla hakimiyyətə gəlmək niyyətində ittiham edib. O həmçinin, yalnız rəsmi informasiyaya güvənməyə çağırış edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar