Ru
21:25 / 19 Avqust 2026

Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar

Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar
Eye

Ermənistan Silahlı Qüvvələrində baş verən intihar halları və nizamnamədən kənar münasibətlərlə bağlı sistemli həll yolları işləyib hazırlayacaq idarələrarası işçi qrupu yaradılacaq.

"Bakupost" Demokrat.az-a istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq qərar imzalayıb.

Hökumət rəhbərinin imzaladığı sənəddə ordudakı özünəqəsd və nizamnamədən kənar halların qarşısının alınması üçün xüsusi işçi qrupunun tərkibi təsdiqlənib.

Qərara əsasən, yaradılan idarələrarası işçi qrupuna 3 ay müddətində kompleks təkliflər paketini hazırlayıb şəxsən Baş nazirə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, Ermənistan ordusunda son zamanlar əsgərlər arasında ölüm, intihar və nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlərin sayının kəskin artması ölkə ictimaiyyətində və hüquq-müdafiəçiləri arasında ciddi narazılıqlara səbəb olmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar